Ru
13:12 / 20 Noyabr 2025

Kanalizasiyaya düşüb ölən Cümşüdün işi məhkəmədə - Sahə rəisini həbs gözləyir?

Kanalizasiyaya düşüb ölən Cümşüdün işi məhkəmədə - Sahə rəisini həbs gözləyir?
Eye

“Baksol” yolu ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölən 27 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işinin istintaqı başa çatıb.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib.

Amma sahə rəisi həbs edilməyib. Məhkəməyə qədər onun barəsində “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib.

Hazırda prokurorluqda toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşi hakim Gültəkin Əsədova araşdıracaq.

Qeyd edək ki, ailənin yeganə övladı olan Cümşüdün meyiti Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya təmizləmə anbarında tapılmışdı.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar