Ru
14:33 / 20 Noyabr 2025

Vüqar Qurbanovdan Rəşad Çobanlı ilə bağlı iddiaya REAKSİYA

Vüqar Qurbanovdan Rəşad Çobanlı ilə bağlı iddiaya REAKSİYA
Eye

“TƏBİB daxilində ali təhsili olmayan əməkdaşımız yoxdur”.

Bakupost.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə deyib.

“Son günlər mediada bir əməkdaşımız haqqında yayılan xəbərlə bağlı bildirmək istəyirəm ki, həmin şəxs ATU-nun Tibbi profilaktika fakültəsini bitirib. Diplomunda həkim yazılıb. Səhiyyənin idarə olunması ilə bağlı magistr dərəcəsi alıb. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, hər hansı məlumatı paylaşmamışdan əvvəl dəqiqləşdirilmə aparılsın”.

Xatırladaq ki, son günlər mətbuatda TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı haqqında məlumat yayılıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar