Ru
15:22 / 20 Noyabr 2025

Yeni avtomobil nömrələrində dəyişiklik – Bu işarə ləğv edildi

Yeni avtomobil nömrələrində dəyişiklik – Bu işarə ləğv edildi
Eye

Yeni dövlət qeydiyyat nişanlarında defis işarəsi tətbiq olunmayacaq.

Bakupost.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bu barədə yaydığı məlumatda deyilir ki, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq edilməyəcək.

“Bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir”, – deyə BDYPİ-nin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, yeni standartlara əsasən, yeni hazırlanmış dövlət qeydiyyat nişanlarında çip elementləri də ləğv edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar