"İrandan növbəti dəfə külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.Narkotik maddələrinin ümumi çəkisi 33 kiloqram olub".
Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, İrandan az qala hər həftə dronlar vasitəsilə Azərbaycana narkotik maddələr keçirməyə çalışırlar:
"İranda narkotik yetişdirilməsinə və daşınmasına görə ölüm hökmü mövcuddur. Ölüm hökmü İranda narkotik ticarəti ilə məşğul olanları qorxutmur, yoxsa qonşu ölkədə bu işlə məşğul olanların əhatə dairəsi genişdir? Digər sual ondan ibarətdir ki, İranda narkotik daşımaçılığı ilə məşğul olanlar bu qədər dronu necə əldə ediblər? İranda kustar üsulla dron hazırlamaq bu qədərmi asanddır, yoxsa əhatə dairəsi geniş olan narkokuryerlər dövlətin istehsal etdiyi dronlardan yararlanırlar? Hər halda bu suallar sərhədlərinə cavabdeh olan iranlı generallara və məmurlara ünvanlanmalıdır".
Lalə, BakuPost