Ru
14:05 / 20 Noyabr 2025

AFFA qonaqlara cərimə yağdırdı – 1360 manat

AFFA qonaqlara cərimə yağdırdı – 1360 manat
Eye

Bu gün AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu məlumat AFFA-nın rəsmi saytında yayılıb.

Belə ki, noyabrın 16-da II Liqada keçirilən “Quba” – “Araz Saatlı” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 70 manat cərimə edilib.

Həmin gün “Şəmkir” – “Ağdaş” oyununda qonaq klubun 5 futbolçusu sarı vərəqə aldığı üçün komandası 70 manat cərimə edilib.

Ayın 17-də “Sheki City” – “Şirvan” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 70 manat cərimə edilib.

Həmi gün “Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 43-cü dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 90 nömrəli futbolçusu Əli Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna cəzalanıb, komandası isə 100 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 87-ci dəqiqəsində qonaqların 17 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası isə 50 manat cərimə edilib.

Həmin oyunda yenə qonaqların 22 nömrəli futbolçusu Asim Quliyev hakimi təhqir etdiyinə görə 4 oyun oynamayacaq, komandası 1000 manat cərimə edilib.


AFFA qonaq klublara ümumilikdə 1360 manat cərmə kəsib. Ev sahiblərinə isə cərimə və cəza verilməyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar