Ru
14:54 / 20 Noyabr 2025

“Delfin statistikası” – “Nazirlər açılan iş yerlərini deyir, bağlananları yox”

“Delfin statistikası” – “Nazirlər açılan iş yerlərini deyir, bağlananları yox”
Eye

Azərbaycanda işsizlik səviyyəsinin rəsmi statistikadan fərqli olduğu heç kimə sirr deyil. Buna baxmayaraq, hökumət üzvləri çox vaxt problem həll etmək əvəzinə, hesablamalarda və statistikada manipulyasiyalara yol verir, vəziyyəti olduğundan daha yaxşı təqdim etməyə çalışırlar.

Bakupost.az xəbər verir ki, bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli maraqlı paylaşım edib: “Mikayıl Cabbarov, sitat: “1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək, qeyri-neft-qaz özəl sektorda, gündəlik orta hesabla 200-ə yaxın yeni iş yerinin yaradılması qeydə alınıb”.




İqtisadçı xatırladıb ki, dünyada əyləncəli statistikalar çoxdur: “Onlardan biri də “delfin statistikasıdır” – yəni, bilinən faktdır ki, delfinlər qəzaya uğrayan gəmilərdən insanları xilas edib sahilə gətiriblər, hətta, son 100 ildə dünya mətbuatında bu tipli xəbərləri, təsdiq olunmuş faktları toplayanlar da olub. Onlar iddia edirlər ki, son 100 ildə delfinlər 1500-ə yaxın insan xilas edib, sahilə doğru gətiriblər. Amma təbii ki, delfinlər tərəfindən sahilə deyil də, dənizlərin, okeanların dərinliklərinə aparılan insanların sayı haqqında heç bir rəqəm, məlumat yoxdur”.

Natiq Cəfərli bildirib ki, Azərbaycanda nazirlər, məmurlar da çox zaman “delfin statistikası” məntiqindən istifadə edirlər: “Yəni, açılan iş yerləri haqqında deyirlər, bağlanan iş yerləri haqqında isə heç nə söyləmirlər. Məsələn, 2023-cü ildə ölkədə 14 min 900, 2024-cü ildə 11 mindən çox, bu ilin yanvar-sentyabr aylarında isə 8 min 900 iş yeri bağlanıb. Beləliklə, 2023-cü ildən bu ilin – 2025-in sentyabr ayının sonunadək ölkədə 34800 iş yeri qapadılıb, yəni, günə 35 nəfər işsiz qalıb...”


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar