ABŞ-də Donald Trump administrasiyasının Kubaya mümkün hərbi müdaxilə planlarını sürətləndirdiyi iddia olunur. O bildirib ki, “İrandan sonra ora da baxa bilərik”.
Bakupost.az xəbər verir ki, “USA TODAY”-ə danışan rəsmilər Pentaqon Kubaya qarşı əməliyyat ssenarilərini aktiv şəkildə hazırladığını bildirib.
Bu addımlar Vaşinqtonla Havana arasında artan gərginlik fonunda atılır. Gərginliyin əsas səbəblərindən biri Trampın yanvarda Kubaya neft tədarükünə məhdudiyyət qoymasıdır. 30 yanvarda imzalanan fərmanla Kubaya neft satan ölkələrin mallarına tarif tətbiq edilib. Pentaqon isə bildirib ki, müxtəlif ssenarilər üzrə planlaşdırma adi haldır və verilən tapşırıqlara hazırdırlar. Bu proses regionda yeni geosiyasi risklərin artması və Latın Amerikasında təhlükəsizlik balansının dəyişə biləcəyi ilə bağlı narahatlıqları gücləndirir. Analitiklər hesab edir ki, mümkün addımlar yalnız hərbi deyil, həm də iqtisadi və diplomatik gərginliyin dərinləşməsinə səbəb ola bilər.
Bahar Babaşova, BakuPost