Ru
20:13 / 17 Oktyabr 2025

ABŞ Ukraynaya “Tomaqavk”ların köhnə versiyalarını verə bilər

ABŞ Ukraynaya “Tomaqavk”ların köhnə versiyalarını verə bilər
Eye

ABŞ Ukraynaya “Tomahawk” tipli raketlərin köhnə modellərini ötürə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, amerikalı və ukraynalı hərbi ekspertlər hesab edirlər ki, Vaşinqtonun Kiyevə daha çox Rusiya hava hücumundan müdafiə sistemlərini aşa biləcək köhnə model “Tomaqavk” raketlərini təqdim etmə ehtimalı yüksəkdir.

Qeyd olunur ki, hətta ABŞ Prezidenti Donald Tramp raketlərin ötürülməsini təsdiqləsə belə, ölkənin mövcud ehtiyatlarından nə qədər raket ayıra biləcəyi hələlik məlum deyil.

Bundan əlavə, portal yazır ki, Ukraynanın “Tomaqavk” raketləri işə salmaq üçün ehtiyac duyduğu “Typhon” adlı yerüstü buraxılış qurğularının sayı çox azdır.

Lalə, Bakupost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar