Ru
22:55 / 18 Oktyabr 2025

Taksi qiymətləri artacaq? - Rəsmi cavab +VİDEO

Taksi qiymətləri artacaq? - Rəsmi cavab +VİDEO
Eye

Qanunvericiliyin tələblərinə müvafiq olaraq, taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə bağlı 60 gün öncədən məlumat verilməlidir.

Bakupost.az xəbər verir ki, bunu AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucov İTV-yə müsahibəsində deyib.


“Qeyd ediləni, eləcə də, icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq, taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 31 dekabra kimi davam edəcək.

Həmçinin, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə çağırış etmək istərdik. Belə ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmüş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də istehsal tarixi 2011-ci il olan avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur.

Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır. Hazırda taksi fəaliyyəti üçün 35 min aktiv icazə mövcuddur. Gün ərzində bunlardan yalnız 22-23 min taksi minik avtomobili xidmətə çıxır. Yəni kvotanın 25 min təyin edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, peşəkar əmək bazarı formalaşacaq və əhaliyə göstərilən taksi xidmətlərinin keyfiyyəti daha da yüksələcək”, - o qeyd edib.

AYNA rəsmisi kvotanın tətbiqindən sonra sürücülərin iş yerini itirəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Limit sürücülərə deyil, nəqliyyat vasitələrinin sayına tətbiq ediləcək. Yəni bu iş yerlərinin sayına təsir göstərməyəcək”.











Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar