Ru
14:51 / 13 Aprel 2026

ABŞ və İran razılaşa bilmədi: Neft bazarında nə baş verir?

ABŞ və İran razılaşa bilmədi: Neft bazarında nə baş verir?
Eye

ABŞ–İran danışıqlarının nəticəsiz qalması qlobal bazarlarda yeni risk dalğası yaradıb.

Bakupost.az xəbər verir ki, İslamabadda 21 saat davam edən görüşlərdə tərəflər əsas məsələlərdə razılaşa bilmədi. Xüsusilə Hörmüz boğazı və nüvə proqramı üzrə fikir ayrılığı qaldı.

Ötən həftə elan olunan atəşkəs bazarlarda qısa müddətli nikbinlik yaratmışdı. Lakin hazırda risk yenidən artıb.
Atəşkəsdən sonra neft ucuzlaşmışdı. Brent nefti 100 dollardan aşağı düşərək 88 dolları test etmişdi. Həftəni isə 91,9 dollarla başa vurub.

Ekspertlər bu həftə neftin yenidən bahalaşa biləcəyini deyir. Səbəb isə geosiyasi risklərin davam etməsidir.

Fond bazarlarında da vəziyyət dəyişkəndir. Buna görə də yeni həftədə mənfi tendensiya güclənə bilər.


Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar