Ru
14:48 / 04 Aprel 2026

ABŞ və İsrail İranı bombardman edir

ABŞ və İsrail İranı bombardman edir
Eye

ABŞ və İsrail İranın cənub-qərbində yerləşən Xuzestan əyalətinin Mahşəhr limanındakı neft-kimya müəssisələrinə zərbələr endirib.

Bakupost.az xəbər verir ki, bu barədə Xuzestan əyalətinin qubernator müavini məlumat yayıb.

Hücumlar nəticəsində azı 5 nəfərin yaralandığı bildirilir.

Bundan başqa, İsrail Tehranda hava hücumundan müdafiə sistemləri və zenit raketlərinin saxlandığı anbarı hədəf alıb. Şəhərdə ballistik raketlərin saxlandığı obyektin, həmçinin silahların işlənib hazırlanması və istehsalı ilə bağlı bir neçə müəssisənin vurulduğu bildirilir.

Digər bir hücum nəticəsində isə atılan mərmi “Buşehr” AES-in ərazisinə yaxın yerə düşüb. Hücum nəticəsində atom stansiyasının mühafizəçilərindən biri həlak olub, lakin əsas obyektlər zədələnməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar