Ru
14:36 / 04 Aprel 2026

İranda atom stansiyasında partlayış - Ölən var

İranda atom stansiyasında partlayış -  Ölən var
Eye

İranda Buşehr Atom Elektrik Stansiyasının əməkdaşı stansiyanın hasarına dəyən mərminin partlaması nəticəsində ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.

“Bu gün səhər mərminin stansiyanın qoruyucu hasarına dəyməsi nəticəsində binalardan birinə ziyan dəyib. Təəssüf ki, təhlükəsizlik xidməti əməkdaşlarından biri ölüb. Bu, son müharibə dövründə Buşehr AES-ə edilən dördüncü hücumdur. Elektrik stansiyasının əsas hissələri zərər görməyib”, - açıqlamada deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar