Ru
15:24 / 04 Aprel 2026

Məni işdən çıxartmayıblar, öz istəyimlə ayrılmışam

Məni işdən çıxartmayıblar, öz istəyimlə ayrılmışam
Eye

Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya açıqlama verən Xalq artisti qeyd edib ki, o, teatrdan öz istəyi ilə ayrılıb:

“Opera və Balet Teatrında mənə qarşı hörmətsizlik oldu və mən artıq iki ildir ki, teatrdan uzaqlaşmışam. 2024-cü ildə teatrdan, orada yaranan qəbuledilməz şəraitə görə ayrılmaq məcburiyyətində qaldım”.

Qeyd edək ki, Xalq artisti, opera müğənnisi Əvəz Abdullayev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı işindən çıxarıması ilə bağlı paylaşım edib. Sənətçi paylaşımında bildirib ki, ondan başqa Xalq artisti Yalçın Adıgözəlov da işdən çıxarılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar