Fransa Prezidenti Emmanuel Macron dünya siyasətində yeni qarşıdurma xətti açacaq çağırış edib. O, Avropa İttifaqını ABŞ və Çinin təsirindən çıxmağa və müstəqil güc mərkəzinə çevrilməyə səsləyib.
Makron bu fikirləri Asiyaya səfəri zamanı səsləndirib. Onun sözlərinə görə, əsas məqsəd ABŞ və Çin kimi hegemon dövlətlərdən asılılığı azaltmaqdır.
Mövzu ilə bağlı politoloq
Əlimusa İbrahimov Bakupost.az-a açıqlamasında bildirib ki, bu çağırış ilk növbədə Avropa daxilində rezonans doğura bilər.
“Düşünürəm ki, Aİ ölkələrinin mütləq əksəriyyəti Makronun bu təşəbbüsünü dəstəkləyə bilər. Amma Yaxın və Uzaq Şərqdə yerləşən dövlətlərin eyni mövqeni bölüşəcəyini gözləmirəm”, - o əlavə edib.
Ekspertin fikrincə, Makronun açıqlaması təsadüfi deyil və Avropanın yeni geosiyasi xəttinin anonsudur:
“Bu, Aİ-nin müstəqil qütb kimi formalaşdırılması cəhdidir. ABŞ və Çin kimi güclərin təsir dairəsinin genişlənməsi fonunda Avropa öz siyasi çəkisini qorumağa çalışır. Hegemon dövlətlər digər ölkələri ya təzyiq, ya da yumşaq güc vasitəsilə təsir altına alır. Aİ isə bu modeldən kənarda qalmaq istəyir”.
Politoloq hesab edir ki, bu proses yaxın illərdə dünya nizamını dəyişə bilər:
“Artıq çoxqütblü sistemin formalaşması qaçılmaz görünür. Xüsusilə Donald Trampın siyasəti Aİ-ni müəyyən mənada təcrid vəziyyətinə salıb. Makron da bu boşluğu görərək Avropanı ayrıca güc mərkəzinə çevirmək istəyir. Şübhəsiz, bəzi ölkələr bu çağırışa müsbət cavab verəcək”.
Rüfət Sultan,
BakuPost
E.Makron ABŞ və Çini dünyəvi (Hegemon) özBaşına Hərbi-İqtisadi və sırf-İqtisadi güc (diktatı) mərkəzləri sanırsa, əsla onlara *meydan oxumaz*? Təbiətən, əksəriyyət Yer sakinləri və dövlətləri kimi Fransa Prezidenti də hər iki güclü dövlətdən dünyəvi siyasi-hüquqi razılığa, sülh naminə yetəri diplomatiya və dağıdıcı-məhv edici hərbi təcavüzlərə qarşı yetəri dəf-edici əks tədbirlər rica edə bilər? Beynəlxalq körfəzin müdafiəsinə, Atom Stansiyasına hərbi zərbələrin Radiasiya təhlükəsinə, İran gəmilərinin məhvinə qarşı heç bir Sülh tərəfdaşı (RF, Çin və d.) qəti-kəskin hüquqi tələb münasibət tələbləri və tədbirlər tətbiq etmirlər? BMTnın Operativ qətnaməsi gərəkmi? Sərhəddi aşmaq, Sülh Memorandumuna, toxunulmazlıq prinsipini pozan-qarşısı qəti-kəskinliklə alınacaq Beynəlxalq Cinayət deyilmi?