ABŞ Prezidenti Donald Tramp ilə Venezuelanın müvəqqəti dövlət başçısı Delci Rodrígez arasında yanvarın 14‑də uzun sürən telefon danışığı baş turub. Hər iki lider bu söhbəti müsbət və konstruktiv adlandırıb.
Bakupost.az "Reuters"ə istinadən xəbər verir ki, Tramp görüşü çox yaxşı və uzun adlandıraraq, ikili əlaqələrdə böyük irəliləyiş olduğunu vurğulayıb. O, Rodrigezi çox müsbət qiymətləndirib və iki ölkə arasında əməkdaşlıq perspektivlərindən danışıb.
Rodrigez də bu telefonu “uzun, məhsuldar və nəzakətli” olaraq təsvir edib və hər iki xalqın faydasına bir sıra məsələlərin müzakirə edildiyini qeyd edib.
Telefon danışığı dəqiq gündəm məsələləri daxil olmaqla – neft, minerallar, ticarət və təhlükəsizlik kimi geniş spektri əhatə edib və iki ölkə arasında münasibətlərin normallaşması siqnalı kimi qiymətləndirilib.
Cavid, BakuPost