Ru
14:24 / 23 Sentyabr 2025

Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı

Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
Eye

SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da tutduğu vəzifədən çıxarılıb.

Bakupost.az modern.az-a istinadla xəbər verir ki, Şaiq Mirzəyevin həmin qurumda Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsini tutması haqda məlumatı hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə ictimailəşdirib. O bunu qanunsuzluq kimi qiymətləndirərək, Baş prokurora, DİN-ə, DTX-ya və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə müraciət edib.

“Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nin mətbuat katibi Fidan Seyidşahqızı məlumat ictimailəşəndən sonra Şaiq Mirzəyevin həmin vəzifədən çıxarıldığını bildirib:

“Adı çəkilən şəxs hazırda Milli Observatoriyanın əməkdaşı deyil, onunla əmək müqaviləsinə xitam verilmişdir”.

Lakin mətbuat katibi yalnız bu gün adı qurumun saytından çıxarılan Ş.Mirzəyevin nə zaman vəzifədən azad olunduğuna aydınlıq gətirməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar