Ru
14:03 / 23 Sentyabr 2025

Böyük Britaniya Fələstini tanımaq üçün şərt qoydu - Məktəb dərslikləri...

Böyük Britaniya Fələstini tanımaq üçün şərt qoydu - Məktəb dərslikləri...
Eye

Böyük Britaniya hökuməti Fələstin Milli Administrasiyasından tam diplomatik münasibətlər qurmazdan əvvəl terrorçuların ailələrinə ödənişləri dayandırmağı və məktəb dərsliklərini yenidən yazmağı tələb edir.

Bakupost.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri mənbələrə istinadən məlumat verib.

Məlumata görə, London israr edir ki, Fələstin Milli Administrasiyası israilliləri öldürən və ya onlara qarşı hücumlara görə saxlanılan "şəhidlərin" qohumlarına müavinət ödəməyi dayandırsın. Nəşr qeyd edib ki, Fələstin Prezidenti Mahmud Abbas xüsusi fərmanla bu sxemə son qoymaq niyyətindədir.

Bundan əlavə, Böyük Britaniya Baş naziri Kir Starmerin hökuməti antisemitizmin mövcudluğu səbəbi ilə Fələstinin məktəb dərsliklərində dəyişikliklər edilməsinə nail olmaq istəyir. Üçüncü tələb siyasi islahatların keçirilməsi və yeni seçkilərin təşkilidir. Nəşr əlavə edib ki, London bu məsələlərlə bağlı Parislə sıx əməkdaşlıq edir. Qeyd olunur ki, yalnız bu tələblər yerinə yetirildikdən sonra Böyük Britaniya Şərqi Qüdsdə səfirlik açmağa və ya Fələstinlə beynəlxalq müqavilələr imzalamağa hazır olacaq.

Xatırladaq ki, sentyabrın 21-də Kir Starmer Londonun Fələstinin dövlətçiliyini tanıdığını elan edib. O əlavə edib ki, Fələstinin radikal HƏMAS hərəkatı gələcəkdə Fələstinin idarə olunmasında heç bir rol oynamamalıdır. Starmer hərəkat üzvlərinə qarşı yeni sanksiyaların tətbiq olunduğunu elan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar