Ru
13:42 / 23 Sentyabr 2025

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ötdü

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ötdü
Eye

Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olan 6487 vərəm xəstəsi var.

Bakupost.az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, ilk dəfə vərəm xəstəliyi diaqnozu qoyulanların sayı isə 2617-dir.

Onlardan 2030-u ağ ciyər, 82-si sümük və oynaqlar, 36-sı sidik-cinsiyyət orqanları, 301-i vərəmli plevrit, 36-sı döş qəfəsidaxili limfa düyünlərinin vərəmindən əziyyət çəkirlər.

Qeyd edilib ki, ötən il 219 nəfər vərəm xəstəliyindən vəfat edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar