Ru
17:06 / 28 Sentyabr 2026

Ağ evdən FES-ə mesaj: Süni intellekt inflyasiyanı azalda bilər

Ağ evdən FES-ə mesaj: Süni intellekt inflyasiyanı azalda bilər
Eye

ABŞ-nin maliyyə naziri Skott Bessent Federal Ehtiyat Sisteminin (FES) faiz siyasətində daha çevik yanaşma nümayiş etdirməli olduğunu bildirib.

“Bakupost” xəbər verir ki, Bessent süni intellekt və tənzimləmələrin yumşaldılmasının iqtisadiyyatda məhsuldarlığı artıracağını və inflyasiyanın nəzarətdə saxlanmasına kömək edəcəyini deyib.

O, ABŞ iqtisadiyyatının yüksək yanacaq qiymətlərinə baxmayaraq güclü qaldığını, vergi güzəştləri və tənzimləmələrin yumşaldılmasının iqtisadi artımı dəstəklədiyini bildirib.

Bessent həmçinin ABŞ-də əsas inflyasiyanın son aylarda səngidiyini vurğulayıb. Onun sözlərinə görə, FES iqtisadiyyatda məhsuldarlıq artımının yaratdığı imkanları nəzərə almalı və faiz qərarlarında “açıq fikirli” olmalıdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar