Ru
21:11 / 17 Noyabr 2019

Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanıldı

1634
Laçın rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri aşkarlayıb.

BakuPost-un
məlumatına görə, Laçın rayon Polis Şöbəsinin İstintaq qrupunun müstəntiqi Nicat Əhmədzadənin "Report"un Qarabağ mərkəzinə verdiyi məlumata görə, Agcabədi rayonunun Taxta körpü qəsəbəsinin "Nurəddin qış obası" istiqamətində qanunsuz ov edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-21099" markalı avtomobil saxlanılıb. Nəqliyyat vasitəsinin sürücüsü, 1968-ci il təvəllüdlü Zərdab rayon sakini Tahir Süleymanov və avtomobildəki sərnişin, 1986-cı il təvəllüdlü Ağcabədi rayon sakini Əli Mirzəyev olması müəyyən edilib. Hər iki şəxsin iştirakı ilə avtomobillə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yük yerində 7 ədəd ovlanması qadağan edilmiş Turac növünə aid çöl quşu, avtomobilin salonunda 1 ədəd ov tüfəngi, 1 ədəd 16 çaplı qoşalülə və həmin silahlara aid çoxlu sayda müxtəlif növ patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər