Ru
18:10 / 23 May 2026

Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək

Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
Eye

Serbiya Prezidenti Aleksandr Vuçiç Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə mayın 24-dən 28-dək bu ölkədə rəsmi səfərdə olacaq.


Bakupost.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Qeyd edilib ki, səfər çərçivəsində A.Vuçiç Çin lideri və Dövlət Şurasının Baş naziri Li Tsyanla yüksək səviyyəli danışıqlar aparacaq.

Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, strateji tərəfdaşlıq və regional məsələlər müzakirə olunacaq.

Həmçinin səfər müddətində iki ölkə arasında 30-dan çox sazişin, eləcə də Çin şirkətləri ilə bir neçə mühüm müqavilənin imzalanması gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar