Güney Nəsirov
Bu gün ölkəmizin elmlə məşğul olan gənclərinin böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında qanunsuzluqların, rüşvət, korrupsiya hallarının baş alıb getdiyini, gənclərin elmə gedən yollarının qarşısında süni maneələrin yaradıldığını bildirir. Milli Elmlər Akademiyasının, nəhəng ali məktəblərin elmi seminarlarının, elmi və problem şuralarının görkəmli alimləri qarşısında imtahanlarından uğurla keçən gənclərin böyük əksəriyyəti Ali Attestasiya Komissiyasının müəyyən etdiyi “şərtləri” yerinə yetirə bilmədiklərindən elmi ad və elmi dərəcə ala bilmirlər. Təbii ki, kimin yaxşı əlaqələri, maddi imkanı var, onlar bu problemlə qarşılaşmır, əsasən elmi-tədqiqat institutlarında və tədris müəssisələrində cüzi əmək haqqı ilə çalışan, gecə-gündüz yatmadan tədqiqat aparan imkansız gənclər yaşayır bu problemi.
Bu günlərdə redaksiyamıza gələn və artıq ikinci ildir AAK-dan diplomunu ala bilməyən bir qrup gənc Ali Attestasiya Komissiyası qarşısında piket keçirmək istədiklərini və AAK-ın sədri, əslində iqtisadçı, 90-cı illərdə isə çoxları kimi BDU-da hüquqşünas diplomu alan Famil Front oğlu Mustafayevə, onun əlaltılarına istefa tələb etmək istədiklərini bildirdilər. Həmin gənclərin şikayətlərini araşdırdığımız vaxt ölkə mətbuatında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin açıqlaması yayıldı ki, Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə Ekspert Şurasının üzvü və katibi Şəfa Əliyev rüşvət alarkən yaxalanıb. Bunun ardınca isə eşitdik ki, xaricdə istirahətdə olan Famil Front oğlu Mustafayev təcili şəkildə ölkəyə qaytarılıb. İnformasiyada o da bildirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış işlərini davam etdirir və AAK-da yeni ciddi yoxlamalar aparmaq fikrindədir. Həqiqətən, bu gün AAK-da Baş Prokurorluğun əməliyyat-axtarış işləri davam etməkdədir.
Amma həmin informasiyadan dərhal sonra Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası açıqlama verərək məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyevin komissiyanın əməkdaşı olmadığını bildirərək günahı öz üzərindən götürməyə cəhd etdi.
Fəqət iki səbəbə görə, biz AAK-ın bəyanatını sadəcə özünüsığortalama, yaxud faktı ört-basdır etmə addımı hesab edirik.
Birincisi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bəyan edir ki, "hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində də əməliyyat-istintaq tədbirləri davam etdirilir". Bu isə, o deməkdir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AAK-da rüşvət halları ilə bağlı digər faktların olduğu ehtimalı da var.
İkincisi, cəmiyyətdə AAK-ın elmi adları və dərəcələri müxtəlif qiymətlərə satması barədə çxdan və kifayət qədər geniş informasiyalar dolaşmaqdadır. Bəziləri adi fəlsəfə doktoru adı üçün qiymətin son dövrlərdə 10 min manatdan - 40 min manata qədər qaldırıldığını bildirir. Həm də bu rəqəmləri adi insanlar deyil, Milli Məclisin deputatları, ölkənin tanınmış təhsil ekspertləri, görkəmli alimlər dilə gətirirlər.
Ali Attestasiya Komissiyası açıqlamasında Şəfa Əliyevin onların əməkdaşı olmadığını, sadəcə olaraq seçimlərində yanıldıqlarını vurğulamaqla bunun təsadüfi fakt olmasını qabartmağa çalışır. Doğrudanmı, bu, təsadüfi faktdır? Cəmiyyətin elmlə maraqlanan böyük bir hissəsi bunu AAK üçün təsadüfi fakt hesab etmir. Çünki hələ bu ilin mart-aprel aylarında və ondan da xeyli öncələr ölkə mətbuatı həyacan təbili çalaraq AAK-da rüşvətin meydan suladığını, elmi ad və dərəcələrə görə böyük məbləğdə rüşvət tələb edildiyini yazırdı. Özü də təkcə iqtisadiyyat üzrə deyil, filologiya, tarix, hüquq və s. sahələrdə də vəziyyətin bu şəkildə olduğu bildirilir. Gəlin bəzi faktlara müraciət edək!
Tribuna.az saytının hələ 15 mart 2023-cü ildə “Təhsil eksperti Ali Attestasiya Komisiyyasındakı korrupsiyadan danışdı” adlı məqaləsində deyilirdi:
“AAK-da elmi adların verilməsində alimlərin qarşısına minimum 20 min manat tələb qoyulub”. Tanınmış alim, professor İdris Abbasov AAK-da rüşvətlə bağlı konkret rəqəmləri dilə gətirərək yazırdı: “20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə”.
Sözçü.az adlı başqa bir saytda gedən “Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” adlı yazıda isə tanınmış təhsil eksperti Kamran Əsədov Azərbaycanda elmi adların daha çox məmurlara verildiyini bildirirdi. O, yazırdı: “Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdır. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla ala bilirlər. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb”. Ekspert daha sonra AAK-ın lazımsız bir qurum kimi ləğv olunmasının zəruriliyini də bildirirdi.
Ümumiyyətlə, AAK-da şəffaflıq olmaması, xüsusi “qara oppanentlərin” əli ilə qəsdən mənfi rəylərin yazdırılması, qurumun “gestapo” kimi qapılarını vətəndaşların üzünə bağlaması, şəffaflıqdan uzaq fəaliyyəti ilə bağlı alimlər çoxdan həyəcan təbili çalır və qurumun fəaliyyətində qaranlıq və şübhəli məqamlar olduğunu açıq-aşkar şəkildə bildirirdi. Bunun əvəzində isə AAK qapıları daha kip bağlayır, polis rejimini gücləndirir, AAK-ın qapısından içəri yalnız yüksək ranqlı məmurların girişinə icazə verirdi. Son aylar hətta qurumda telefonlara da cavab verilmirdi. AAK-la əlaqə saxlamaq çox ciddi problemə çevrilmişdi. Sual doğur: Əgər sənin fəaliyyətin şəffafdılrsa, onda niyə qapılarını vətəndaşların, alimlərin üzünə bağlayırsan?
Deputat Etibar Əliyev haqlı olaraq Milli Məclisin tribunasından rüşvət, korrupsiyadan başqa bir fəaliyyəti olmayan, elmə yalnız əngəl olan AAK-ı lazımsız qurum adlandıraraq onun ləğv olunmasını təklif etmişdi. Bütün bunlar bir daha göstərir ki, professor Şəfa Əliyevin AAK-ın Ekspert Şurasının üzvü və katibi kimi rüşvət üstündə yaxalanması heç də təsadüfi hadisə deyil. Əgər bu ilin mart, aprel, iyun aylarında mətbuatda AAK-da rüşvətlə bağlı materiallar gedibsə və iyul ayında AAK-ın katibi yaxalanıbsa, deməli bu, təsadüf yox, ardıcıl görülən işin nəticəsidir. AAK-ın isə günahı tələm-tələsik öz üzərindən atması, “o, bizim əməkdaş deyil, Sumqayıt Dövlət Universitetinin professorudur deməsi” özü də bu şübhələri qüvvətləndirir. AAK-ın açıqlamasında professor Şəfa Əliyevin Sumqayıt Dövlət Universitetində çalışdığı xüsusi vurğulanır, əslində isə, SDU-nun bura heç bir aidiyyatı yoxdur, çünki professor Şəfa Əliyev universitetdəki vəzifəsinə görə deyil, məhz AAK-dakı vəzifəsinə görə rüşvət alıb. Bu quruma isə, birbaşa Famil Front oğlu Mustafayev cavabdehdir.
Keçək başqa bir fakta. Gəncə Dövlət Universitetinin dosenti, fəxri professor Cəfər İbrahimovun Asiya.az-a ünvanladığı məktuba nəzər yetirək:
“Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, içindən xəbəri olmayan adamı Ekspert komissiyasından müsbət rəylə keçirib diplom verirlər. Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogikanı bilməyən adam pulunu verib alim adı alır”.
Yazı konkret fakta söykənir. “Qasımova Həmidə İsgəndər qızı 27.05.2022-ci ildə 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işi müdafiə edib. Bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb”.
Kimdir bu Həmidə Abbasova? Professor yazır: “AAK sədri F.Mustafayevin təməlini qoyduğu rüşvət və fırıldaq yollarla alim adı alan Həmidə Qasımova Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun keçmiş katibəsidir”.
Famil Mustafayevin rəhbərliyi altında fəaliyyət göstərən AAK, yuxarıda qeyd etdiyimiz kimi, daha çox məmurlara, onların qohum-əqrəbasına və katibələrinə xidmət edir. Sözü düz tələffüz edə bilməyənə diplom verilir, ciddi tədqiqat işləri isə illərlə rəflərdə saxlanır.
AAK-da son dövrlərdə rüşvət və korrupsiyanın meydanı daha da genişlənmişdir. Bəzi faktlara müraciət edək, AAK eyni ali təhsil müəssisindən gəlmiş iddiaçılardan birinin sənədini qəbul edir, ona elmi dərəcə və diplomunu verir, digərinə isə, həmin ali məktəbin DİM-dən kənar qəbul apardığını bəhanə edərək imtina göndərir. Mən hazırda fəaliyyətinə xitam verilmiş İslam Universiteti ilə bağlı onlarla belə fakt göstərə bilərəm. Vaxtilə həmin universiteti “hansı yollasa bitirmiş” şəxslərin bəzilərinə elmi dərəcələr və adlar verilmiş, həmin universiteti bitirmiş və həqiqi tədqiqatla məşğul olan bir çox istedadlı gəncin işi isə “məhz həmin universitetdə təhsil aldığına görə” geri qaytarılmışdır. Ortada rüşvət faktı yoxdursa onda bu, nədir? İnanırıq ki, prokurorluq bu məsələlərə də aydınlıq gətirəcək.
AAK son illərdə tərtib etdiyi sənədlərdə, tələbnamələrində qəsdən elə dolaşıqlığa yol verib ki, həmin baryerləri rüşvətsiz keçmək, demək olar ki, mümkünsüzdür. Və AAK həmin sənədlərdən çıxış edərək neçə-neçə istedadlı, ancaq imkansız gəncə “sizin baza təhsiliniz, magistratura təhsiliniz müdafiənizə uyğun deyil” deyib imtina göndərdiyi halda, keçmiş dövlət məmuru Həsən Həsənovun diş texniki olan oğlu Zaur Həsənova tarix üzrə elmlər doktoru adı almaq üçün müdafiəyə icazə verir. Bu, necə olur?
(Davamı var)
Famil Mustafayev AAK-ı şəxsi biznesi kimi idarə edir, dövlət qulluğundan keçən tələbələri ehtiyata salaraq, bütün vəzifələri tanışla tanışlıqla öz yaxın adamları arasında bölüşdürür
Mən AAK-nın şəffaf fəaliyyətinə inanmamışam və inanmıram. Ekspert Şuralarının sədrlərinin işi hər şeyi ortaya qoyur. AAK-a biznesmen bir şəxs rəhbərlik edəndə sözsüz ki neqativ hallar da çoxalacaq. Bir qurumun işi şəffafdırsa, niyə ictimaiyyətdən gizlənir?! İnşallah tezliklə qurum barədə ciddi tədbir görülər. Diplom alanların çoxu da arxalı adamlardır...
Aak ləğv olunmalı, cinayətkarlar cəzalanmaldır. Elm ictimaiyyəti bezibdir. Trolluq etməyin, hamı bikir ki, Aak- da nə baş verir?!
Bu gün Ali Attestasiya Komissiyasının rəhbərliyi bu sistemin dünya standartlarına uyğunlaşdırılması, nüfuzunun bərpa olunması, daha da möhkəmləndirilməsi, elmi adların, elmi dərəcələrin verilməsi üzrə prosesin şəffaflaşdırılması istiqamətində çox böyük işlər görür. Ali Attestasiya Komissiyasının ali məktəblərlə qarşılıqlı əməkdaşlığı alimlərin elmi tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə ciddi təkan verir. AAK-dakı islahatlar Azərbaycan elminin inkişafına, alimlərimizin tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə ximət edir. Komissiyanın yeni rəhbərliyinin həyata keçirdiyi islahatlar elmi ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Son illərdə Ali Attestasiya Komissiyası bütün sahələr üzrə komissiyalarda plagiat işlərə qarşı fəal mübarizə aparır. Lakin aparılan mübarizə tədbirləri bəzi könə qaydalarla işləməyi adət etmiş “dırnaqarası” tədqiqatçıların xoşuna gəlmir. AAK sədrinə olunan “xahişlər” nəticəsiz qalması onları qane etmir. AAK-ın obyektivliyi və prinsipiallığı elmimizin tərəqqisinə, milli inkişafa xidmət edir. Gəlin bu yolda hamımız ona və onun dogru yolda olan rəhbərliyinə dəstək olaq!
Ali Attestasiya Komissiyasının rəhbəri kimi Famil Mustafayev ölkə Prezidentinin bu komissiyanın işinin təkmilləşdirilməsi və nüfuzunun artırılması istiqamətində qəbul etdiyi sərəncamların layiqincə icrası istiqamətində yorulmaz fəaliyyət göstərir. Ali Attestasiya Komissiyası əsas fəaliyyət istiqamətlərində atdığı bütün addımlarda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının göstərişlərini rəhbər tutur və dövlət başçımızın böyük dəstəyini hiss edir. Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımlar ölkədə həyata keçirilən struktur dəyişikliklərinin ayrılmaz tərkib hissəsidir. Bu gün Ali Attestasiya Komissiyasının rəhbərliyi bu sistemin dünya standartlarına uyğunlaşdırılması, nüfuzunun bərpa olunması, daha da möhkəmləndirilməsi, elmi adların, elmi dərəcələrin verilməsi üzrə prosesin şəffaflaşdırılması istiqamətində çox böyük işlər görür. Ali Attestasiya Komissiyasının ali məktəblərlə qarşılıqlı əməkdaşlığı alimlərin elmi tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə ciddi təkan verir. AAK-dakı islahatlar Azərbaycan elminin inkişafına, alimlərimizin tədqiqatlarının səviyyəsinin yüksəldilməsinə ximət edir. Komissiyanın yeni rəhbərliyinin həyata keçirdiyi islahatlar elmi ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Son illərdə Ali Attestasiya Komissiyası bütün sahələr üzrə komissiyalarda plagiat işlərə qarşı fəal mübarizə aparır. Lakin aparılan mübarizə tədbirləri bəzi könə qaydalarla işləməyi adət etmiş “dırnaqarası” tədqiqatçıların xoşuna gəlmir.
Famil muellim duzgun insandir. O insanla bir defe gorusmek kifayettir ki, bunu anlayasiniz. Problem komissiyalardadir. Fikrimce terkibleri ve sedrleri her 3 aydan bir deyismelidir ki, hec kim yol tapa bilmesin onlara. Ne olursa komissiyalarin iclaslarinda olur
Şəxsən mən öz müəssisəmizdə keçirilən müdafiələrdə maraqlı olduğu üçün, iştirak edirdim. Bəlkə təsadüfdür, lakin "bu diplom ala bilməyəcək" dediyimiz hamı həqiqətən imtina aldı. "Alacaq" dediklərimiz də problemsiz aldılar. Təbii ki, texniki ixtisaslarla bağlı vəziyyət necədir deyə bilmərəm
Son illərdə obyektiv fəaliyyət göstərən dövlət müəəssisələrindən biri də Ali Attestasiya Komissiyasıdır. Bir neçə tanışım bu il problemsiz diplomunu alıb. Bu cür fikirləri əsassız hesab edirəm. AAK-a gələcək fəaliyyətdə uğurlar arzulayıram.
Tam razıyam. Famil Mustafayev kollegiyanın imtina verdiyi iddiaçıları şəxsən qəbul edərək məsələni izləməyə alır, laqeyd qalmır. Səhər saatlarında axşam 7-dək fasilə vermədən dinləyir şikayətçiləri. Əlbəttə kimin təqsiri varsa cəzalandırılmalıdır. Lakin ümid edirik ki, əsl günahkarlar cəzalandırılacaq.
Təbii ki, od olmayan yerdən tüstü çıxmaz. Lakin pisi dedikdə yaxını da demək lazımdır. İslam Universitetinin məzunlarına 2019-cu ildən öncə diplom verilib. lakin son 3 ilki fəaliyyətlərində o Universitetin bütün məzunlarına birmənalı şəkildə imtina gəlib. Onların problemlərini AAK deyil, Təhsil Nazirliyi həll etməlidir. Nazirliyin təsdiq etmədiyi diplomu AAK necə tanımalıdır. Səhv indi yox, əvvəl edilib. Baza təhsili ilə bağlı problemi həll etmək üçün fərq imtahanı vermək lazımdır. Beləcə hərbçi filologiyadan, iqtisadçı pedoqogikadan elmi dərəcə ala bilər. Bunda heç problem çıxmır. Rüşvət halları var, bəli. Elmi rəhbərin dissertasiya yazdığını hiss etdikləri zaman imtina verirlər. 1, 2, 3, 4... Lakin elmi rəhbər dərs almır. Yenə yazmağa davam edir. Halbuki o şəxsin elmi rəhbər olmasına qadağa qoyulmalıdır. AAKın belə bir qərar verməyə hüququ varmı? O müəssisədə nə şöbənin rəhbəri, nə də Famil Mustafayev görüşdən qaçmır. Binadan içəri girmək üçün də xüsusi vəsiqə gərəkmir. Şikayəti düzgün şəkildə çatdırmaq lazımdır sadəcə. Gəlin hamımız yığışaq rüşvətlə diplom alanlaın adlarını verək Prokurorluq orqanlarına. Axı rüşvəti alan qədər verən də cinayət törədir. nəyə görə sadəcə alanlar maraqlıdır. Verən varsa alan da olacaq. Əli gedər, Vəli gələr. Dəyişən nəsə olmaz. Alınan pullar müsadirə olunacaq. Rüşvət verənlər ödədiklərinin iki misli dövlətə cərimə ödəyəcəklər. Alanlar isə almadan işləməyi öyrənəcəklər.
Aytac xanım, nə yazdığınızı heç olmasa özünüz başa düşürsüz? Akademiyada direktorlar imkan verməsəydi, müdafiə edilən işlər necə AAK-a gedib çıxa bilir? AAK institutların dissertasiya şuralarında müdafiə edilən işləri qiymətləndirib diplom verməlidir. Amma, qanunsuz olaraq iddiaçıları yenidən AAK-da müdafiəyə cəlb olunurlar. Məqsəd nədir görəsən?
Ali Attestasiya Komissiyasında yaradılan Ekspert Şuralarındakı ekspertlərin özünü ekspertizadan keçirmək lazımdır ki, onlar hansı keyfiyyətinə görə o şuralara cəlb olunublar. İşdən çıxarılan və məsuliyyətə cəlb olunan Şəfa Əliyevin bioqrafiyasına baxsanız, ömrü boyu yüksək vəzifələrdə çalışıb, eyni zamanda guya elmi fəaliyyətlə məşğul olub. Məlum məsələdir...
Salam, Bakupist! Çox sağ olun ki, Azərbaycan elm ictimaiyyətini son 4-5 ildə ciddi narahat edən mövzuya toxundunuz. Davamlı olsun! AAK ləğv edilməki, rüşvətxorlar cəzalanmalıdırlar. Sağ olun.
AAK elmdə obyektivliyə ümid olan yeganə qurumdu, belə sifarişli yazılar təəssüf doğurur, çünki Akademiyada direktorların özbaşnalığına qalsa öz ətrafları və qohumlarından başqa hec kim müdafiyyə edə bilməz....
Bu il tanıdığım, savadına beled olduğum 4-5 nefer diplomlarını alıb. Heç bir pul söhbeti olmayıb. . Bu qarayaxma kompaniyasıdır. Kimse Famil müellimin yerine göz dikib. Hemin vezifeni ele keçirib pul yığmaq isteyir.