Amerikada aparılan danışıqlardan sonra Paşinyan müsahibəsində “bəzi ərazilər Azərbaycana qayıtmalıdır” fikiri səsləndirib. Onun Qazaxın 3 kəndi ilə yanaşı, Naxçıvanın Kərki kəndini də nəzərdə tutduğunu bizim əksər media yazıb.
Bakupost.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, təkcə Kərki deyil, Nüvədi başda olmaqla, 1929-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir:
“O dövrdə Moskva tərəfindən Azərbaycanda həyata keçirilən sərhəd bölgüsü siyasətində birinci yerdə Sovet Rusiyasının iqtisadi maraqları, sonuncu yerdə isə region əhalisinin milli maraqları dayanırdı.
1920-ci ilin noyabrından başlayaraq Azərbaycan əraziləri mərhələ - mərhələ Ermənistan Sovet respublikasına verilməyə başladı. Azərbaycanın sərhəd bölgələrindən Zəngəzur, Naxçıvan, Gədəbəy, Qazax, Tovuz ərazilərinin bir hissəsi Ermənistanın tərkibinə verildi.
Qeyd edim ki, Ermənistan SSR Qars müqaviləsinə əsasən Azərbaycan SSR tərkibində Naxçıvanın muxtariyyətini rəsmən tanısa da, öz niyyətindən əl çəkməmiş və bir müddət sonra Naxçıvan MSSR torpaqlarının bir hissəsini qopararaq öz ərazisinə birləşdirməyə nail olmuşdu. Məlumat üçün vurğulayım ki, Naxçıvan ilə Ermənistan arasında sərhədlər 1921-ci il Qars müqaviləsi ilə tənzimlənmişdi. Naxçıvan MSSR yaradıldığı vaxt ərazisi Qars müqaviləsinin III əlavəsi əsasında 5 min 988 kvadrat kilometr müəyyən edilmişdi. Təxminən 486 kvadrat kilometr Naxçıvandan ilk iki ildə Ermənistana verildi.
O dövrdə Naxçıvan ərazilərin Ermənistana verilməsindən nə Azərbaycanın, nə də Türkiyənin xəbəri vardı. Türkiyə bu qərara etiraz notası ilə cavab verdi. Bildirildi ki, Qars müqaviləsi Türkiyə ilə bağlandığına görə onun müddəaları yerinə yetirilməlidir. Lakin bolşevik Rusiyası buna reaksiya belə vermədi.
Sovetlər dövründə də Xruşşov Mikoyanın təsiri altında Naxçıvanın Ermənistana verilməsi məsələsini qaldırıb, 1963-cü ildə Naxçıvanın Ermənistana verilməsi barədə hazırlığa başlanıb. Lakin Azərbaycanda o dövrdə hakimiyyətdə olanlar Xruşşovu fikrindən döndərə biliblər, əsas gətiriblər ki, yoldaş Lenin 1921-ci ildə Qara müqaviləsinə qol çəkib. Xruşşov antitürkiyə mövqeyindən çəkinmək istəmirdi, inad edirdi. Lakin onun işdən azad edilməsi Naxçıvanı xilas elədi”.
Alimin sözlərinə görə, Ermənistana verilən sözügedən kəndlərin əhalisi ermənilərlə qarşı mübarizə aparıb, kəndləri tərk etmək istəməyib:
“Lakin qırmızı terror orda repressiyalar həyata keçirəndən sonra ermənilərə birgə yaşamaq istəməyən naxçıvanlılar dədə-baba torpaqlarını tərk edərək Azərbaycana köçüblər”.
Asena,
BakuPost
Ahıl təqaüd yaşlılarımız, əksər naxçivanlılar, tarixçi-yozmarxeoloqlar və siyasi tarix hüquqçularımız son dördü ilə 1929-75ci illərdə 15 Azərbaycan kəndinin Ermənistana verilməsindən məlumatlı imişlər? Bəs nədən, həmin kəndlərin sakinləri digər depotmenlərlə və erməni millətçilərin 33 illik işğalı dövründə, Ermənistan ABŞla ara Dəhlizə Sahib olana qədər rəsmən öz ərazilərimizə bu günə qədər iddialar qaldırmırdıq ki, birdən yüz 33 illik faciəvi işğal itgiləri və azı 66 illik bərpa illərinə təzminat kimi bütün aralıq Azərbaycana qaytarılsın?