Ru
14:48 / 15 Aprel 2026

Aliment bu hallarda azaldıla bilər

Aliment bu hallarda azaldıla bilər
Eye

Uşaqların saxlanılması üçün müəyyən edilən alimentin məbləği müəyyən hallarda azaldıla bilər.

Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Ailə Məcəlləsində müvafiq müddəalar əksini tapıb.

Ailə Məcəlləsinə əsasən uşaqların saxlanılması üçün nəzərdə tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla bilər.

Bunun üçün şəxsin ailə və maddi vəziyyətinin ağır olması, şəxsin xəstəliyi və ya vəziyyətini çətinləşdirən digər hallar sübuta yetirilməlidir.

Aliment ödəyən şəxs alimentin azaldılması üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir.

Mediasiyada tərəflər arasında alimentin azaldılması barədə razılıq əldə olunmazsa, aliment ödəyən şəxs onun azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar