Britaniyanın Kembric Universitetinin elmi işçisi Lüke Kempin “Qolyafın lənəti: ictimai kollapsın tarixi və gələcəyi” adlı kitabı işıq üzü görüb.
Bakupost.az xəbər verir ki, Kemp insanlıq üçün fəlakətli risklərini, dünyanın sonu ssenarilərini araşdırıb.
Onun qənaətinə görə, insanlığın növbəti 75 ildə məhv olma ehtimalı var.
Amma daha da bədbin proqnozlar var.
Oksford Universitetinin əməkdaşı Nik Bostrom isə hesab edir ki, növbəti əsrin sonuna qədər insanlığın tamamilə yox olma ehtimalı 25 faizdir.
Pulitser mükafatı laureatı, yazıçı Cared Daymond isə daha da az vaxt verir: onun fikrincə, 2025-ci ildən sonra insanlığın məhv olma ehtimalı 50 faizdir.
Əvvəllər dünyanın sonu haqqında yalnız sektantlar və mistiklər danışırdı. İndi isə bu xəbərdarlıqlar qrafiklərə, modellərə və böyük həcmli məlumatlara əsaslanan ciddi alimlərdən gəlir.
Kemp sadə, amma qorxunc məntiq irəli sürür: bütün insan sivilizasiyaları sonda özlərini məhv ediblər – məsələn, qədim Roma kimi.
Amma o dövrdə digər xalqlar həmin texnologiyaları götürüb yeni dövlətlər qura bilirdilər. İndi isə dünya, demək olar ki, vahid qloballaşmış sivilizasiyadır. Əgər bu “Qolyaf” yıxılsa, onun yerini heç kim tuta bilməyəcək.
Ayxan,
Bakupost