Ru
14:47 / 22 Noyabr 2025

“Allahsız Moskvanın mərkəzində nə edir?” – Lenin mavzoleydən çıxarılır?

“Allahsız Moskvanın mərkəzində nə edir?” – Lenin mavzoleydən çıxarılır?
Eye

Rusiyada Leninin cəsədinin mavzoleydən çıxarılması təklif edilir.

Bakupost.az xəbər verir ki, bu təşəbbüslə “Stoqlav” mərkəzinin rəhbəri Vsevolod Çuxarkin Rusiya İdeoloji Forumunda çıxış edib. Forum iştirakçıları onu dəstəkləyərək deputatları mavzoleyin sökülməsini və Leninin adı ilə bağlı obyektləri yenidən gündəmə gətirməyə çağırıblar. Çuxarkin auditoriyanın alqışları fonunda belə bir sual səsləndirib: “Terrorçu, allahsız, Vətən xaini və rusofob Moskvanın mərkəzində nə edir?”

O, çıxışına sərt ifadələrlə davam edib: “Abort edənlərə, allaha qarşı çıxanlara, vətən düşmənlərinə qarşı cəza yoxdur. Vicdanlı generallar, insanlar həbsdə oturur, amma ölü balıq gözlü bir dəstə kabinetlərində bizə hökm edir. Rus insanının daxili kompası pozulub. Bizdə rus neo-paqanları, kommunistlər var. Kommunizmin atası Lenin. O biri – Karl Marks. “Satanistlər gildiyası”nın titul almış üzvləri. Əvvəlcə iki kurs seminariyada oxuyub, üçüncü kursda satanist gildiyasına daxil olub və “Oulanem” adlı poema yazıb. Bu ad şeytanın adının tərs formasıdır. O, həyatında bir gün də materialist olmayıb. Tam bir satanist idi və bütün həyatının əsas məqsədi – İsa peyğəmbərlə mübarizə idi. Bəs İsa Məsihə qarşı ən çox çıxan kimdir? Rus insanı”.

Çuxarkin əvvəllər mavzoleyin sökülməsi və Leninin cəsədinin oradan çıxarılması üçün etdiyi dua səbəbilə 10 sutka inzibati həbs almışdı. Həmin aksiyaya görə keşişə də cərimə kəsilmişdi. 2022-ci ildə Qızıl Meydanda baş verən hadisə "Çuxarkin etirazı" kimi tanınıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar