Bu gün mətbuatda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin ləğv ediləcəyinə dair məlumatlar yayılıb.
Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı Unikal-a açıqlama verən AMEA-nın Rəyasət Heyətinin üzvü, Fizika institutunun baş direktoru Arif Həşimov bildirib ki, hazırda belə bir məsələ müzakirə olunmur:
“Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti onun təsdiq olunmuş nizamnaməsi əsasında tənzimlənir. Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”, - deyə A.Həşimov əlavə edib.
Xatırladaq ki, Arif Həşimov AMEA-nın birinci vitse-prezidenti olub və bir müddət Akademiyanın prezidenti vəzifəsini də icra edib.