Ru
10:29 / 17 Noyabr 2025

Anardan həmin fotosu ilə bağlı AÇIQLAMA

Anardan həmin fotosu ilə bağlı AÇIQLAMA
Eye

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində “klinika” yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.

Bakupost.az xəbər verir ki, “Qafqazinfo” sözügedən görüntü ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb.

Anar Rzayev sayta açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib: “Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib”.

Yazıçı “Hazırda evdəsinizmi?” sualımıza isə “Sağ olun” deyərək dəstəyi asıb.

Qeyd edək ki, A.Rzayev 1991-ci ildən AYB-nin sədridir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar