Ru
12:13 / 17 Noyabr 2025

Yağış yağacaq – Sabahın havası

Yağış yağacaq – Sabahın havası
Eye

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakupost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar