Ru
12:26 / 17 Noyabr 2025

C-130 qəzası: Qara qutunun təhlili bu tarixdə tamamlanacaq

C-130 qəzası: Qara qutunun təhlili bu tarixdə tamamlanacaq
Eye

Gürcüstanda qəzaya uğramış Türkiyəyə məxsus hərbi-nəqliyyat təyyarəsinin qara qutularının təhlili bu həftə yekunlaşacaq.

Bakupost.az xəbər verir ki, bunu Türkiyə hökumət dairələrinə yaxın köşə yazarı Əbdülqədir Selvi açıqlayıb.

Onun sözlərinə görə, qara qutuda qeydə alınmış 180 parametr araşdırma üçün təhlil edilir:

“Qeyd cihazının təhlilinin həftənin sonuna qədər tamamlanması gözlənilir”.

Selvi həmçinin qeyd edib ki, qəza yerindən əldə olunan ilkin məlumatlar xarici müdaxilə ehtimalının son dərəcə aşağı olduğunu göstərir.

“Lakin digər bütün versiyalar kimi, bu versiya da araşdırılır”, - o əlavə edib.

Ankarada TUSAŞ müəssisəsində texniki qrup qara qutuların açılması və təhlilinə başlayıb. Göyərtədə iki qara qutu olub. Onlardan birində pilotların bir-biri ilə və dispetçer qülləsi ilə rabitəsi, eləcə də təyyarənin qəzaya uğradığı anın səsyazısı saxlanılır. İkinci qara qutu isə göyərtədəki sistemlərin fəaliyyətini qeydə alır və hazırda onun qeydedicilərinin məlumatları təhlil olunur.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə qayıdan C-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə 20 hərbçi həlak olub.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar