Ru
12:46 / 17 Noyabr 2025

DTX-nin həbs etdiyi Anass Derraza 12 il həbs verilib – İDDİA

DTX-nin həbs etdiyi Anass Derraza 12 il həbs verilib – İDDİA
Eye

Bakı məhkəməsi ötən həftə (noyabrın 13-də) fransız iş adamı Anass Derrazı Azərbaycan əsilli milyarder Fərhad Əhmədovdan rüşvət aldığı üçün 12 il həbs cəzasına məhkum edib. İşdə həmçinin Fransa Prezidenti Emmanuel Makronun yaxın adamı Aleksandr Benallanın da adı hallanır. Pulların bir hissəsini onun aldığı iddia olunur".

Bakupost.az xəbər verir ki, bunu “Radio France International” bildirib.

Materialda qeyd olunur ki, Fransız su sənayesi şirkəti "Saur"un Yaxın Şərq üzrə direktoru Anass Derraz 2018-ci ildə Fərhad Əhmədovdan yaxtasının sərbəst buraxılmasına kömək etmək müqabilində pul alıb. Həmin pulların bir hissəsinin Aleksandr Benallanın bank hesabına köçürüldüyü bildirilir.


Benalla əvvəllər 2018-ci il Paris mitinqində polis kaskası taxaraq iki şəxsə xəsarət yetirməsi ilə əlaqədar 2021-ci ildə 3 il həbs cəzası alıb. Cəzanın 1 ili elektron qolbaqla şərti azadlıqda keçib. O, həmçinin diplomatik pasportlardan sui-istifadə ittihamı ilə də məhkum olunub.




İttiham aktına görə, Anass Derraz və Aleksandr Benalla azərbaycanlı milyarderə Birləşmiş Ərəb Əmirliklərindəki boşanma prosesi çərçivəsində həbs olunmuş yaxtasının sərbəst buraxılmasını təmin etmək və 2022-ci il Ukrayna işğalından sonra Rusiyanın maraqlarına qarşı tətbiq olunan sanksiyalardan qorumaq barədə vəd veriblər. Avropa İttifaqı və Böyük Britaniya azərbaycanlı iş adamını sanksiyalar siyahısına daxil etsə də, sonradan siyahıdan çıxarmışdı.




Bu iş Fransa-Azərbaycan münasibətlərinin gərginləşdiyi bir dövrdə baş vermişdi. Paris Azərbaycanı Fransanın keçmiş (Əlcəzair) və indiki (Yeni Kaledoniya) koloniyalarında gərginlik yaratmaqda və Parisin nüfuzuna zərbə vurmaqda günahlandırırdı.

Qeyd edək ki, DTX tərəfindən Anass Derraza qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdü.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar