"İş təklifi" adı altında bank kartlarının icarəyə götürülməsini və qarşılığında aylıq gəlir vəd edirlər.
Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, kibertəhlükəsizlik üzrə ekspert Əmrah Mövsümzadə fırıldaqçılar sosial şəbəkələrdə "kart alıram", "ödəniş edəcəyəm" kimi elanlar paylaşaraq insanları cəlb etdiyini deyib.
Ekspert bildirir ki, dələduzlar "pul göndərəcəyik, kart məlumatını yaz" kimi mesajlar göndərərək kartın nömrəsini, CVV kodunu və SMS təsdiqlərini əldə edirlər.
Həmin videomaterialı təqdim edirik.