Məşhur Hollivud ulduzu Ancelina Coli Qəzzadakı humanitar böhrana diqqət çəkmək üçün Rəfah sərhəd-keçid məntəqəsində olub.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, səfəri zamanı onu Şimali Sinay qubernatoru Xalid Mücəvir və Misirin keçmiş immiqrasiya üzrə dövlət naziri Nəbilə Məkrəm müşayiət edib.
Coli səfər zamanı Qəzzadakı ailələrin ciddi humanitar böhranla üzləşdiyini və onlara mümkün qədər tez daha çox yardımın çatdırılmalı olduğunu bildirib.
Bundan başqa aktrisa Misir tərəfindən qəbul edilən yaralı və xəstə fələstinlilərin vəziyyətini görmək üçün Əl-Əriş Xəstəxanasına gedəcək.