Ru
22:08 / 26 Aprel 2026

Ankarada Sabir Rüstəmxanlını duyğulandıran hadisə – Şəhidlikdə adına 80 ağac əkildi

Ankarada Sabir Rüstəmxanlını duyğulandıran hadisə – Şəhidlikdə adına 80 ağac əkildi
Eye

Xalq şairi Sabir Rüstəmxanlının Ankarada keçirilən təntənəli 80 illik yubiley tədbirində duyğulu anlar yaşanıb.

Bakupost.az xəbər verir ki, tədbir zamanı Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfinin rəhbəri, professor Aygün Attar çıxış edərək Xalq şairinə xüsusi sürpriz hazırlandığını açıqlayıb.

Bildirilib ki, Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə Ankaradakı “8 Kasım Qarabağ Şəhidləri Xatirə Ormanı”nda onun adına 80 ədəd fidan əkilib.

Daha sonra bu mənəvi təşəbbüsü əks etdirən xüsusi xatirə lövhəsi Sabir Rüstəmxanlıya təqdim olunub. Lövhədə qeyd edilib ki, əkilən ağaclar şəhidlərimizin ruhunu salamlayacaq.

Qeyd edək ki, bu il mayın 20-də Sabir Rüstəmxanlının 80 yaşı tamam olur. Bu münasibətlə həm Azərbaycanda, həm də Türkiyədə bir sıra yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Azər,
Baku Post

Ankarada Sabir Rüstəmxanlını duyğulandıran hadisə – Şəhidlikdə adına 80 ağac əkildi
Ankarada Sabir Rüstəmxanlını duyğulandıran hadisə – Şəhidlikdə adına 80 ağac əkildi
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar