"Bu qələbədən sonra özümü fantastik hiss edirəm. Komanda yoldaşlarımı təbrik edirəm və bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdarlığımı bildirirəm. Yaxşı oynadıq və üç xal qazandıq".
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu sözləri "Real Madrid"in futbolçusu Arda Gülər UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 3-cü turunda "Yuventus"la qarşılaşmadan sonra deyib.
UEFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilən türkiyəli yarımmüdafiəçi bildirib: "Baş məşqçimiz Xabi Alonsonun etibarı sayəsində özümü "Real Madrid"in vacib bir hissəsi kimi hiss edirəm. Həm 10, həm də 8 nömrə kimi oynaya bilirəm. Məşqçi məndən tempi idarə etməyi və yaradıcı olmağımı xahiş edir. Bu matçda yaxşı oynadım".
Arda Gülər komanda yoldaşı Kilian Mbappe haqqında fikirlərini də bölüşüb. Türkiyəli futbolçu fransalı forvardla münasibətlərinin çox yaxşı olduğunu bəyan edib:
"Kilianla həm meydanda, həm də meydandan kənarda əla münasibətim var. O, gözəl insandır".
Xatırladaq ki, UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 3-cü turunda "Real Madrid" öz meydanında "Yuventus"u 1:0 hesabı ilə məğlub edib. Arda qarşılaşmanın "ən yaxşı oyunçusu" adına layiq görülüb. Onun bu ada layiq görülməsi xəbərinə reaksiyası sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik: