"Sosial şəbəkələrdə Azərbaycan-Anadolu Universitetində təhsil alan Elnarə Həziyeva adlı şəxsin guya dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil".
Bakupost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qeyd edirik ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb. Hazırda ölkə ərazisində bu xəstəliklə bağlı insanlar arasında yoluxma faktı aşkarlanmayıb.
Vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız rəsmi mənbələr tərəfindən təsdiqlənmiş məlumatlara etibar etsinlər.
Eyni zamanda, media nümayəndələrindən xahiş edirik ki, ictimaiyyətdə əsassız narahatlıq yaratmamaq üçün yalnız rəsmi və dəqiqləşdirilmiş məlumatları yayımlasınlar", - məlumatda deyilir.