Ru
11:24 / 09 May 2026

Arif Babayevin məzar daşındakı yazı müzakirə yaradır - Mənsum İbrahimovdan açıqlama

Arif Babayevin məzar daşındakı yazı müzakirə yaradır - Mənsum İbrahimovdan açıqlama
Eye

Azərbaycan xanəndəlik sənətində professorların sayı çoxdur.

Bakupost.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov mərhum xanəndə Arif Babayevin qəbirüstü abidəsində yazılan "Şərqdə ilk muğam professoru” ifadəsi ətrafında yaranan müzakirələrə münasibət bildirərkən deyib.

Xanəndənin sözlərinə görə, professor adı muğam sənətində pedaqoji fəaliyyət göstərən sənət adamlarına verilir:

"Professor adı Arif Babayevə, mərhum Canəli Əkbərova, Səkinə İsmayılovaya, Nəzakət Teymurovaya, Mələkxanım Əyyubovaya, mənə və başqa xanəndələrə verilib. Arif Babayev Azərbaycanda muğam üzrə ilk professor olub. Amma Şərqdə ilk olub-olmaması barədə məlumatım yoxdur. Bu, araşdırılmalı mövzudur”.

Mənsum İbrahimov hesab edir ki, məsələ musiqişünaslar tərəfindən elmi şəkildə araşdırılmalıdır:

"Muğam sahəsində uzun illər fəaliyyət göstərən, eyni zamanda müəllimlik edən və tələbə yetişdirən xanəndələrə dövlət tərəfindən belə ad verilir. Bu, dissertasiya müdafiəsi ilə alınan elmi ad deyil”.

Xalq artisti onu qeyd edib ki, Arif Babayevin qəbirüstü abidəsini hələ görməyib.

Qeyd edək ki, mərhum Xalq artisti Arif Babayevin qəbirüstü abidəsinin üzərində yer alan - "Şərqdə ilk muğam professoru Görkəmli xanəndə Xalq artisti Babayev Arif İmran oğlu” ifadələri sosial şəbəkələrdə və ictimaiyyət arasında müzakirələrə səbəb olub. Narazılıq əsasən xanəndənin "Şərqdə ilk muğam professoru” kimi təqdim edilməsinə yönəlib.

Şərhlər
  • Komnist Yoldaş

    Əslində Şərqin Azərbaycandan xəbəri yoxdur. Mən şəxsən özümü şərqli hesab etmirəm. Özünüzü daha nəqədər haralarasa isnad edəcəksiz.

  • yusif

    Şərq anlayışı Sovetlər dövründə işlədilən və yalnız SOVET ŞƏRQİ nəzərdə tutulurdu. Bu termini Azərbaycan müsiqişünasları isə az qala Yer kürəsinin bütün şərqinə aid edirlər.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar