Ru
11:14 / 14 Mart 2022

Artrozun müalicəsində inqilab - Bu dərman kömək edir

Artrozun müalicəsində inqilab -  Bu dərman kömək edir
Eye

Rusiyalı həkimlər artrozun müalicəsində inqilabi kəşf ediblər.


Bakupost.az xəbər verir ki, artrozdan dağılmış oynağı əməliyyat etmək əvəzinə innovativ metod təklif ediblər.


Belə ki, onlar artroza qarşı reniy adlı onkoloji xəstəliklərin müalicəsində istifadə edilən preparatın effektiv olduğunu sübut ediblər.


Moksvanın Radiologiya institutunun mütəxəssisləri 4-cü dərəcə diz artrozu xəstəsi olan Tatyana Nikolaynanın üzərində bu terapiyanı aparıblar.


“Biz oynağın daxilinə reniy 1988 əsaslı preparatı yeridirik. Reniy izotop tərkibli radiofarmdır. Ondan xərçəng hüceyrələrinin məhv edilməsi üçün istifadə olunur. Elmi tədqiqat zamanı bizim əməkdaşlar müşahidə ediblər ki, reniy iltihabi prosesi də əla müalicə edir.


Artroz xəstəliyində iltihab oynaq qığırdağını və toxuma hüceyrələrini məhv edir. Xəstələr ağrı çəkir, daha sonra əlil olur.


Bu müalicə prosesi narkoz tələb etmir, heç bir əlavə reabilitasiyaya ehtiyac yoxdur, xəstəni əməliyyat edib süni oynaq qoymağa gərək yoxdur.


Radionuklidlər iltihab hüceyrələrini öldürür, iltihabın qarşısını alır. Preparatın təsiri 17 saat çəkir. Pasiyent üçün əlavə təsirsiz və təhlükəsizdir”.


Aygün M
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar