Ru
13:54 / 06 Yanvar 2026

Arvadını öldürüb Kürə atan kişiyə AĞIR CƏZA - FOTO+VİDEO

Arvadını öldürüb Kürə atan kişiyə AĞIR CƏZA - FOTO+VİDEO
Eye

Sabirabadda arvadını qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakupost.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Seyidrəsul Talıbzadə 11 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin may ayında Sabirabad rayonunda baş verib. 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində 2009-cu il təvəllüdlü N.Ə-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar