Ru
21:23 / 07 Yanvar 2026

İranın diplomatik nümayəndə heyəti Ermənistana səfər edəcək

İranın diplomatik nümayəndə heyəti Ermənistana səfər edəcək
Eye

İran xarici işlər nazirinin müavini Məcid Taxt Rəvançinin rəhbərlik etdiyi nümayəndə heyəti yaxın saatlarda Ermənistana səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə erməni mətbuatı mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, İrəvanda İran nümayəndə heyəti siyasi məsləhətləşmələrdə iştirak edəcək. Rəvançi həmçinin erməni həmkarı ilə görüşəcək.

Həmçinin, Ermənistanın digər yüksək vəzifəli rəsmiləri ilə görüşlər planlaşdırılır. Onların ölkələr arasında nəqliyyat, iqtisadi və mədəni əlaqələri müzakirə edəcəklər. Görüşlərdə Cənubi Qafqaz regionundakı vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar