Ru
18:28 / 26 Fevral 2023

Aşağı Ağcakənd qəsəbəsində ehsan süfrəsi açılıb - FOTO

Aşağı Ağcakənd qəsəbəsində ehsan süfrəsi açılıb - FOTO
Eye

Goranboyda Xocalı soyqırımı faciəsinin 31-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.

Bakupost.az xəbər verir ki, əvvəlcə Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksi və yeni yaşayış massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub.

Anım tədbiri çərçivəsində soyqırımına həsr olunan rəsm sərgisi nümayiş etdirilib.

Tədbirdə Goranboy və Xocalı rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Aşağı Ağcakənd qəsəbəsində ehsan süfrəsi açılıb - FOTO
Aşağı Ağcakənd qəsəbəsində ehsan süfrəsi açılıb - FOTO
Aşağı Ağcakənd qəsəbəsində ehsan süfrəsi açılıb - FOTO
Aşağı Ağcakənd qəsəbəsində ehsan süfrəsi açılıb - FOTO
Aşağı Ağcakənd qəsəbəsində ehsan süfrəsi açılıb - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar