Ru
09:12 / 31 Yanvar 2022

Aşığı Arxeologiya İnstitutuna baş direktor qoyublar - AMEA-da növbəti biabırçı fakt

Aşığı Arxeologiya İnstitutuna baş direktor qoyublar - AMEA-da növbəti biabırçı fakt
Eye

"Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru peşəkar musiqiçidir, tar, saz, gitara və sair simli musiqi alətlərinin ifaçısıdır".


Bakupost.az xəbər verir ki, bu barədə professor, Milli Şuranın sədri Cəmil Həsənli paylaşım edib.


“Uzun müddət arxeologiya və etnoqrafiya Azərbaycan tarix elminin qabaqcıl sahəsi olub. Ötən əsrin 50-60-cı illərindən bu sahədə oturuşan milli kadrlar sözün tam mənasında "tarix yazıblar”. Saleh Qazıyev, İsaq Cəfərzadə, Ömər İsmizadə, Qələndər Aslanov, Ələsgər Ələkbərov, İdeal Nərimanov, Osman Həbibullayev, Rəhim Vahidov, Qara Əhmədov, Cabbar Xəlilov, Rəşid Göyüşov, Məmmədəli Hüseynov, İlyas Babayev, Vəli Əliyev, Qüdrət İsmayılzadə, Aləm Nuriyev, Fərman Mahmudov, Fazil Osmanov, Firuzə Muradova, Əsədulla Cəfərov, Azad Zeynalov və sizlərin də yaxşı tanıdığı sonrakı nəsillər. Eyni sözü etnoqraf alimlər haqqında da demək olar. Bunlar hamısı elmdə böyük nüfuzu olan alimlər idi.

Belə böyük elmi potensialı və ənənəsi olan bir institutun baş direktoru vəzifəsinə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini məzunu Abbas Seyidovu qoyublar. Adamın bioqrafik məlumatlarında göstərilir ki, peşəkar musiqiçidir, tar, saz, gitara və sair simli musiqi alətlərinin ifaçısıdır və hələ üstəlik Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şübhəsiz ki, bunlar müsbət keyfiyyətlərdir, amma elmə elə bir aidiyyəti yoxdur. Abbas müəllimin Naxçıvanın Eneolit və Tunc dövrü mədəniyyətinə dair bəzi çap işləri olsa da (Bax: Naxçıvanın İlk Tunc dövrü mədəniyyəti. Voronej, 2002), daha çox haqqında olan digər nəşrləri daha çox bədii - publisistik məzmun daşıyır. Yəqin ki, Akademiyaya növbəti seçkilər gələndə yəqin ki, baş direktor vəzifəsini tutduğuna və Voronejdə kitabı çıxdığına görə ən azında müxbir üzv də "seçəcəklər".

Bu azmış kimi İnstitutun icraçı direktoru vəzifəsinə isə Tibb İnstitutunun məzunu Zaur Həsənov təyin edilib. Zaur bəyin qədim tarixlə bağlı bir sıra maraqlı çap işləri olsa da, arxeoloji qazıntılarda, çöl tədqiqat işlərində ciddi bir təcrübəsi yoxdur. Əlavə olaraq baza tarix təhsili yoxdur.

Doğurdanmı bu institutda elmi yönləndirəcək ayrı mütəxəssis yoxdur? Əlbəttə, var. Amma onları irəli çəkən yoxdur. Məsələn, elmlər doktoru Əliağa Məmmədli, adam 1985-1988-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində məşhur arxeoloq, SSRİ EA-nın akademiki Valentin Lavrentyeviç Yaninin rəhbərlik etdiyi Arxeologiya və Etnoqrafiya kafedrasında aspirantura təhsil alıb. Tarix elmləri doktoru Viktor Vladimiroviç Karlovun rəhbərliyi altında aspirantura müddətində namizədlik dissertasiyasını müdafiə edib, sonra elmlər doktoru olub, hal hazırda da Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunda şöbə müdiridir. Mən bunu nümunə üçün göstərdim. Belə misallar çox gətirmək olar.

Deməli Azərbaycan tarix elmində böyük yeri, rolu, töhfəsi, potensialı olan strateji əhəmiyyətli bir institutu tapşırıblar bir gitaraçı ilə bir həkim cərraha, sonra da deyirlər ki, tarix elmi niyə bu vəziyyətə düşüb?”.


Şərhlər
  • maxiyaddin

    Bunu yazan insan o qeder savadsiz meneviyyatsiz bir mexluqdur ki heç olmasa yazanda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstutuna direktor təyin olunub İnstitutun adından heç anlayışı yoxdur ki bu jurnalist məxluqatın axı etnoqrafiya elə xalqın musiqisini tarixini adət ənənəsini bilən alim təyin olunmalıdır. Görün bu yazının müəllifi nə qədər soysuz milli ruhu olmuyan damarlarında soysuzların qanı axan bir gicdillaqdı. Ay jurnalistlərin dırnağının ucu boyda olmayan məxluq Hec olmasa yazardiniz ki axır ki Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstutuna milli musiqilərimizi, adət ənənələrimizi bilən folklorumuzu sevən və Azərbaycan xanlıqları haqqında ən düzgün kitablar yzan milli musiqi alətlərimiz olan Dədə Qorqudun da ifa etdiyi saz və tarda ifa etməyi bacaran bir alim gec də olsa AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstutuna direktor təyin olunub:- Bəlkə o zaman sizin yaziniz daha edaletli olardı.

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    Tarix elmləri doktoru, professor Seyidov Abbas Qadir oğlu 01.04.1957-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb.1963-1973-cü illərdə Naxçıvan şəhər C.Məmmədquluzadə adına 2 saylı orta məktəbdə oxuyub. 1974-1978-ci illərdə Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini tarix ixtisası üzrə bitirib. Təhsil aldığı dövrdə İnstitut Tələbə Həmkarlar Təşkilatının sədri olub. 1978-1982-ci illərdə təyinatı üzrə Babək rayon Hacıvar kənd məktəbində tarix müəllimi işləyib. Oktyabr 1982 – iyul 1996-cı il tarixlərdə Y.H.Məmmədəliyev adına NDPİ-də laborant, baş laborant, müəllim, dosent vəzifələrində çalışıb. 1996-1998-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində, 1998-2000-ci illərdə Bakı Kompüter Liseyində müəllim işləyib. 2000-ci ildən bu günədək Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müəllimi, eyni zamanda, həmin ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisidir (əvəzçiliklə). AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı kimi 1991-ci ildə tarix elmləri namizədi, 2003-cü ildə tarix elmləri doktoru elmi dərəcəsi, 1996-cı ildə “dosent”, 2012-ci ildə “professor” elmi adları alıb. 1975-ci ildən arxeoloji qazıntılarda iştirak edir. Müxtəlif illərdə Babək, Culfa, Şərur, Kəngərli, Tərtər-Bərdə rayonları üzrə arxeoloji ekspedisiyaların rəhbəri olub. 2006-cı ildən AMEA Naxçıvan Bölməsinin nəzdində fəaliyyət göstərən ED.1.13 Dissertasiya Şurasının üzvüdür. 2013-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü olub. 1998-ci ildə “Qızıl Qələm” jurnalist mükafatına, 2011-ci ildə “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri-Fərman”ı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 394 elmi məqaləsi, o cümlədən 35 kitab və monoqrafiyası işıq üzü görüb. 70 məqaləsi və 2 kitabı (1 monoqrafiya Rusiyada, 1 kitab Almaniyada) xaricdə nəşr olunub. Rusiya, Türkiyə, ABŞ, Yaponiya, Kanada, Bolqarıstan, Şimalı Makedoniya, Almaniya, Avstriya, Fransa, İtaliya, Bosniya və Herseqovina, Moldova, Monqolustan, Qazaxıstan, Özbəkistan, Gürcüstan və s. ölkələrdə keçirilən konfranslarda elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2014-2017-ci illərdə “Tarix, insan və cəmiyyət” jurnalının baş redaktoru olub. Hazırda baş redaktorun müavinidir. 2018-ci ildən Avstriyanın İnnsbruck şəhərində yerləşən Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin akademikidir. 2019-cu ildən Avropa Arxeoloqlar Assosiasiyasının (Praqa, Çexiya) üzvüdür. 2021-ci ilin noyabr ayından AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktorudur.  

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/az/tarixci-arxeoloq-alim-abbas-seyidov/

  • Vəfa Mahmudova

    Müəllifin kinayə ilə Naxçıvan Dövlət Pedoqoji İnstitutunun adını çəkməsi onun səviyyəsi haqqında məlumat verir. 1967-ci ildən blokadaya, imkansızlığa, mənfur qonşuların hərtərəfli qərəzli hücumlarına qarşı əzmlə dayanıb, təkcə Muxtar Respublikada deyil, bütün respublikada, dünyada tanınan, seçilən bir ELM ocağı haqqında, oradan məzun olan ali təhsilli kadrlar haqqında qəribə ifadə ilə yazma haqqını kim verir sizə? İxtisas, peşə, təhsillə hobbini qarışdırmaq da bir ayrı qəbahətdir.

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    Diasporla İş üzrə Dövlət Komitəsi приглашает вас на запланированную конференцию: Zoom. Тема: “Nuhun gəmisi və Gəmiqaya-Qobustan əlifbası” və “Gəmiqaya qayaüstü rəsmləri” kitablarının onlayn təqdimatı Время: 21 дек. 2021 04:00 PM Баку, Тбилиси Подключиться к конференции Zoom https://us02web.zoom.us/j/89842239535?pwd=emlkTmVhVnhCVGpaNjdlQ0h2Y0pCZz09 Идентификатор конференции: 898 4223 9535 Код доступа: 151126 Одно касание на мобильном телефоне Professor Abbas Seyidovla "AqRA" EİDİB - nin elmi əməkdaşlığı davam etməkdədir!!!! Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə bizim təşəbbüsümüzlə keçirilən bu Mühüm - millətimiz, Xalqımız üçün taleyüklü məsələyə AMEA - nın "Arxeologiya və Etnoqrafiya institutu"nun Baş Direktoru Professor Abbas Seyidov məmmuniyyətlə qoşuldu və çox önəmli mə'ruzə etdi!!.. İnsanın xobbisinin və dünyagörüşünün, mədəniyyətimizlə tanışçılığının Onun elmi fəaliyyətinə - şəxsi bacarığına nə maneçiliyi ola bilər!!?? Hörmət və EhtiRAmla, "AqRA" EİDİB - nin İH - nin Sədri.

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/en/the-tower-of-regard-of-nakhchivan-sadarak/ "SADARAK" Kitabı - ingiliscə!!!! Onu da qeyd edək Kİ!! Övraqımızın 120 mindən çox oxucusunun səkkizdə biri - yə'ni 15 mindən çoxu ABŞ - dandır!!.. Azərbaycanda belə bir elmi övraq (sayt) varmı!!?? Dünyanın 137 ölkəsindən oxucular 400 min dəfəyə yaxın minlərcə materiallarla tanış olmuşlar - bunların içərisində Professor Abbas Seyidovun məqalələrinə baxış sayı on minlərlədir!!..

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/en/gamigaya-petroglyphs-book/ 2020 ci ildə Naxçıvan MR - nın Ali Məclisi tərəfindən üç dildə nəşr edilən və 2021 ci il üçün "Mədəniyyət" Sahəsində ən yüksək mükafat alan "Gəmiqaya qayaüstü rəsmləri" Kitabında da (Müəllifi dosent Nizami Alıyev) bu sahədə A.Seyidovun xidmətləri qeyd olunub.

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/ru/заключение/ AMEA - nın Müxbir üzvü Vəli Baxşəliyevlə 3 dildə nəşr etdirdikləri "SƏDƏRƏK" kitabı!!

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/az/gəmiqaya-təsvirlərinin-oyrənilməsi/ AMEA - nın Naxçıvan bölməsinin direktoru Akademik İsmayıl Hacıyev də "Gəmiqaya təsvirlərinin öyrənilməsində Əjdər Fərzəli, Vəli Əliyev və digərləri ilə bərabər Abbas Seyidovun da xidmətlərini qeyd edir!!..

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/az/kəngərli-soyundan-qopan-yarpaq/ 40 il Azərbaycanın və Naxçıvanın ən görkəmli orta məktəbin direktoru olmuş Kəngərlilər nəslinin görkəmli nümayəndəsi Muxtar Kəngərli barədə yazısı məgər milli - mə'nəvi dəyərlərimizə xidmət etmirmi!!??

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/az/əjdər-fərzəlinin-nuh-gəmisi-gəmiqaya-qobustan-əlifbasi-kitabinin-rus-dilində-muzakirəsi-və-təqdimat-mərasimi/ "AqRA" EİDİB - nin Azərbaycan Respublikası Prezidentinə müraciətinə cavab olaraq AMEA - nın Naxçıvan bölgəsi ilə birgə keçirilmiş müzakirənin press - relizi!!

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/az/əjdər-fərzəlinin-nuh-gəmisi-gəmiqaya-qobustan-əlifbasi-kitabinin-muzakirəsindən-3/ Gəmiqaya - Qobustan Əlifbasını kəşf edən Əjdər Əliş oğlu Fərzəlinin 2005 və 2014 - cü illərdə rus dilində nəşr edilən "Ноев ковчег и Гямигая - Гобустанский алфавит" Kitabının müzakirəsində - 22.04.2015 (akademik İsa Həbibbəylinin rəhbərliyi ilə) Professor Buludxan Xəlilovla birgə əsas mə'ruzəçi olub. Əjdər Fərzəlinin elmi dairələrdə həmmişə müdafiəçisi olub!!!!

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/az/qədim-turklərin-maddi-mədəniyyəti-və-yazili-abidələri/ "Qədim türklər barədə..."

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/az/azərbaycan-turklərinin-etnogenezinə-dair/ "Azərbaycan türklərinin etnogenizinə dair"

  • Mirələkbər Seyidov "AqRA" Elmin İnkişafına Dəstək İctimai birliyinin İH - nin Sədri

    https://www.aqra.az/az/tarixci-arxeoloq-alim-abbas-seyidov/ Professor Abbas Seyidovun dünyanın 137 ölkəsindən oxucusu olan övraqımızda - yə'ni saytında gedən materiallarının bir qismini təqdim Edirik!!.. Məqalənin nə dərəcədə qərəzli və ya qərərsiz olmasına Sizlər qərar verin!!..

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar