Ru
14:21 / 01 Dekabr 2025

Asiyada fəlakət – Ölü sayı 1000-i keçdi

Asiyada fəlakət – Ölü sayı 1000-i keçdi
Eye

Son günlər Asiyada davam edən güclü yağışlar nəticəsində Şri-Lanka, İndoneziya, Tayland və Malaziyada ümumilikdə 1 000-dən çox adam həyatını itirib. Fəlakət bölgələrinə ordu cəlb olunub.




Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyada hökumət, yolların bağlandığı və çatışmazlıqların olduğu bölgələrə yardım çatdırmaq üçün üç hərbi və iki xəstəxana gəmisi, o cümlədən 11 helikopter səfərbər edib. Xüsusilə Şimal Sumatra bölgəsində logistika çətinlikləri və zorlu hava şəraiti yardım əməliyyatlarını əngəlləyir. Burada ən az 442 nəfər həyatını itirib, yüzlərlə insan isə itkin sayılır. Fəlakət bölgəsində oğurluq hadisələri də qeydə alınıb.



Şri-Lankada paytaxt Kolomboda dəniz səviyyəsindən aşağı ərazilər hələ də sular altındadır. Bu ölkədə ən az 340 ölüm hadisəsi təsdiqlənib və daha çox insan itkin düşüb.



Taylandın cənubunda isə son 10 ilin ən faciəli sel fəlakəti yaşanıb – burada 176 nəfər həlak olub. Malaziyada Perlis əyalətində su altında qalan ərazilərdə isə 2 nəfər ölüb.

Ekspertlər bildirir ki, iqlim dəyişikliyi və tropik fırtınalar Asiyada həddindən artıq yağış və sellərin sayını artırır, nəticədə belə fəlakətlər daha intensiv baş verir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar