Ru
13:19 / 25 Sentyabr 2025

Avtobus velosipedçini vurub öldürdü

Avtobus velosipedçini vurub öldürdü
Eye

Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində velosipedçi ölüb.

Bakupost.az xəbər verir ki, hadisə saat 08:00 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb.

"20 km" marşrut xətti üzrə hərəkətdə olan avtobus, velosipedçi Lənkəran rayonunun Şilim kənd sakini 1969-cu il təvəllüdlü İsa Umud oğlu Babayevi vurub. Velosipedçi ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona dəqiqləşdirilməmiş koma və kəllədaxili travma diaqnozu qoyublar.

Yaralı vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar