Ru
12:24 / 25 Sentyabr 2025

Bu stansiyalar arasında hərəkət müvəqqəti dayandırılacaq

Bu stansiyalar arasında hərəkət müvəqqəti dayandırılacaq
Eye

“Xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri tunellərin inşasıdır. 200 metrə yaxın uzunluğu olan tunellər inşa ediləcək və bunun üçün yaşıl xətt və qırmızı xətt üzrə sərbəst hərəkət təmin ediləcək”.

Bakupost.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki tunelin inşası zamanı “Nizami” və “28 May” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq: “Dayanma müddətinin uzun olmaması məqsədilə işləri belə planlaşdırdıq ki, “28 May” stansiyasının ərazisində iki ədəd yanaşma tunelinin inşasını önə saldıq ki, bu tunellərin inşası prosesində mümkün qədər qısa müddətdə hərəkət daynamasına səbəb olsun. Yanvar ayında şaxtanın tikintisi başa çatdırılacaq, ondan sonra xətlərin ayrılması işlərinə start veriləcək.

Hazırda 2 saylı şaxtada suvaqvurma işlərinə başlanılıb. Eyni zamanda həmin ərazidə daha öncədən kommunikasiya işlərinin köçürülməsi tamamlanıb. 1 saylı şaxtanın ərazisi hasara alınıb və kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar