Ru
13:24 / 25 Sentyabr 2025

Britaniyada dron zavodunun yaxınlığında dəhşətli PARTLAYIŞ - VİDEO

Britaniyada dron zavodunun yaxınlığında dəhşətli PARTLAYIŞ  - VİDEO
Eye

Böyük Britaniyanın Suindon şəhərinin sənaye bölgəsindəki anbarda güclü partlayış baş verib. Yanğınsöndürənlər, polis və təcili yardım briqadaları hadisə yerində işləyirlər.

Bakupost.az “Sky News” telekanalına istinadən xəbər verir ki, sentyabrın 24-ü axşam saatlarında fövqəladə xidmətlər və hüquq-mühafizə orqanları “Groundwell” sənaye kompleksinə çağırılıb. Uiltşir qraflığının polisi digər sakinlərin təxliyəsinə ehtiyac olmadığını vurğulayaraq, “ətrafdakı ərazidə təxliyə işlərinin aparıldığını” bildirib.

Yaxınlıqda yaşayan insanlar evdə qalmağa, bütün pəncərələri bağlamağa və sənaye kompleksinə daxil olmamağa çağırılıb.

- Hadisə yerində ən azı on yanğınsöndürən və ixtisaslaşdırılmış maşınlar, o cümlədən pilləkən platforması və su daşıyan maşınlar var. Anbarda baş verən böyük yanğınla mübarizə apardıqlarını və alovun nəzarət altına almağa çalışırıq”, - Dorset və Uiltşer Yanğın-Xilasetmə Xidmətinin məlumatında deyilir.

Yerli sakinlər sosial şəbəkələrdə “güclü partlayış” barədə məlumat veriblər.

"Böyük bir atəş kürəsi. Ümid edirəm ki, heç kim xəsarət almayıb”, - hadisənin şahidlərindən biri yazıb.

BBC xəbər verir ki, “Şotlandiya və Cənubi Elektrik Şəbəkələri (SSEN)” 77 abonentə təsir göstərən ərazidə elektrik enerjisinin kəsildiyini bildirib. SSEN kəsintiləri “şəbəkəmizlə bağlı təhlükəsizlik problemləri” ilə əlaqələndirib. Operatorun saytında verilən məlumata görə, hazırda Suindonda heç bir kəsinti yoxdur.

Xatırladaq ki, keçən həftə Böyük Britaniya hökuməti gələn il Suindonda böyük dron istehsalı müəssisəsinin açılışını elan edib. Obyekt Kral Hərbi Hava Qüvvələri üçün “StormShroud” dronları istehsal edən “Tekever” şirkətinə məxsusdur. Böyük Britaniya hökuməti həmçinin istehsalçıdan Ukrayna üçün ümumilikdə təxminən 270 milyon funt sterlinq dəyərində pilotsuz təyyarələr alıb.

Ölkənin ən böyük zavodlarından biri olacaq zavodda növbəti beş il ərzində 1000 iş yerinin yaradılması gözlənilir. Müəssisə təxminən 24 min kvadratmetr ərazini əhatə edəcək.

- “Tekever” şirkətinin genişləndirilməsi Suindonu yüksək ixtisaslı iş yerləri və dünya üzrə aparıcı pilotsuz təyyarə istehsalı ilə təmin edəcək, eyni zamanda müdafiə sənayesi üçün təchizat zəncirlərini gücləndirəcək”, - Böyük Britaniyanın Müdafiə naziri Con Hili vurğualyıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar