Ru
13:21 / 25 Sentyabr 2025

Dini zəmində terror planlaşdırana hökm OXUNDU

Dini zəmində terror planlaşdırana hökm OXUNDU
Eye

Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ammar Azeri ləqəbi ilə bilinən Zeynəddin Hacıyev adı açıqlanmayan konkret qapalı ictimai məkana silahlı basqınla müşayiət olunan terror əməllərinə hazırlığa görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, DTX tərəfindən həbs olunmuş Zeynəddin Hacıyev AR Cinayət Məcəlləsinin 28, 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və digər maddələri ilə ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar