Ru
21:50 / 06 Yanvar 2024

Aygün Bəylərin ölüm xəbəri yayıldı - Yeniləndi

Aygün Bəylərin ölüm xəbəri yayıldı - Yeniləndi
Eye


Aygün Bəylərin rəsmi instaqram səhifəsində də sənətçinin vəziyyəti ilə bağlı paylaşım edilib:

“Aygün Bəylər vəfat etməyib. Vəziyyəti ağırdır. Dua edin” , - deyə paylaşımda qeyd olunub.

***

Azərbaycan Respublikasının əməkdar artist Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Bakupost.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

"Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub", - o deyib.

***

Əməkdar artist Aygün Hümmətova (Bəylər) vəfat edib. O, bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


Bakupost.az axşam.az-a istinadən xəbər verir ki, məlumatı onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.


“Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər” deyə, aktyor əlavə edib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar