Ru
21:50 / 17 İyul 2025

2-ci qrup üzrə ölkə birincisi: İkiqat sevinc yaşadım

2-ci qrup üzrə ölkə birincisi: İkiqat sevinc yaşadım
Eye

2-ci ixtisas qrupu üzrə ölkə üzrə ən yüksək nəticəni Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Nilufər Zeynallı göstərib.

Bakupost.az xəbəd verir ki, 677.9 balla ölkə birincisi olan Nilufər təəssüratını Teleqraf-la bölüşüb.

Nilufər deyir ki, bu gün həm də orta məktəbi qızıl medalla bitirdiyi xəbərini alıb: "İkiqat sevincliyəm. Xəbəri alanda şəhərdə sinif yoldaşlarım ilə idim. Onlar da hamısı yaxşı nəticələr göstəriblər, çox sevindik".

İmtahanda bir qədər həyəcanlı olan N.Zeynallı nəticələri yoxlayandan sonra yüksək bal toplayacağına əmin olsa da, birincilərdən olacağını gözləmirmiş.

"Blok imtahanında Riyaziyyat fənni üzrə bütün sualları düzgün cavablandırmışam. Coğrafiya fənnindən 1 səhvim oldu, bir sualı isə cavabsız qoymuşam. Tarix fənnindən də 1 sualı yazmamışdım", - deyə o bildirib.

Nilufər hansı ixtisası seçəcəyini də açıqlayıb: "UNEC-də ingilis dilində maliyyə üzrə təhsil almaq istəyirəm. Amma hələ tam qərar verməmişəm".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar