Ru
23:40 / 17 İyul 2025

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı
Eye

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin qudalığı başa çatıb.

Bakupost.az Gununsesi.info-ya istinadən xəbər verir ki, deputatın oğlu İsfəndiyar Möhbalıyevlə Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva boşanıb.

Onlar 2008-ci ildə ailə qurub, birgə nikahdan 11 və 16 yaşlı iki övladları var.

Məlumata görə, İsfəndiyar Möhbalıyev boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verib.

“Qarşılıqlı razılaşma ilə uşaqların hər ikisi anada qalıb. Buna baxmayaraq, ana uşaqlar üçün alimentdən də imtina edib” - deyə məlumatda bildirilir.

Qeyd edək ki, İsfəndiyar Möhbalıyev əvvəllər daxili işlər orqanlarında çalışıb. O, Bakının Yasamal, Xəzər, Qaradağ rayonlarının polis rəisi və başqa vəzifələrdə çalışıb. 2021-ci ildə isə daxili işlər orqanlarından xaric olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar